Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford GT 647-güclü mühərrik aldı

Ford şirkəti yeni superkar GT-nin seriyalı versiyasının texniki xarakteristikasının sirrini açıb. Avtomobil 3,5-litrlik benzin V6 mühərriki alıb. O, 647 a.g. və 745 Nm fırlanma anına malikdir.

Çəkisi 1385 kq olan Ford GT-nin maksimal sürəti 347 km/saatdır. Beləliklə, superkar amerikan brendinin ən sürətli modeli olub. Ford-un nümayəndəsinin sözlərinə görə, yenilik Kanadadakı Calabogie Motorsports Park trasında bir dövrəni 2 dəqiqə 0,98 saniyəyə başa vurub.

Beləliklə, GT McLaren 675LT (2 dəqiqə 10,8 saniyə) və Ferrari 458 Speciale-dən (2 dəqiqə 12,9 saniyə) daha sürətli olub. Fordun sportkarının 100 km/saata hansı vaxta sürətləndiyi barədə xəbər verilmir.

Bir qədər əvvəl məlum olub ki, Ford Performance yeni Ford GT-nin istehsalını 2 il uzadacaq. Beləliklə, karbon lifli banı olan superkar, ümumilikdə, hələ 4 il istehsal ediləcək.

AUTO.AZ



teqlər:
Ford, Ford GT 01.02.2017

Şərhlər


AD