Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce-dan ən son Phantom

Rolls-Royce şirkəti Phantom VII-nin istehsalını dayandırmadan əvvəl adı çəkilməyən müştərinin sifarişini yerinə yetirib. Bu barədə şirkətdən məlumat verilib. Modelin VII nəslinin son nümunəsi olan avtomobilin işlənilməsində sifarişçinin fərdi istəkləri nəzərə alınıb. Xüsusən də daxili elementlərin hamısı möhtəşəm ocean laynerinin interyerini xatırladır.

Məsələn, ağacdan olan cihazlar panelində 1930-cu illərə aid səyahət gəmisinin şəkli döyülüb, saat və radio isə klassik gəmilərdə olduğu kimi görünür. Phantom VII-nin interyerində dəri, parka, yun və məxmərdən istifadə olunub.

Rolls-Royce-un möhtəşəm sedanının son modeli uzun alınıb. Bu, standart Phantom VII-nin ölçülərindən 250 mm fərqlənir. Avtomobilin kapotu altında 6,75-litrlik, 454 a.g. verən atmosferli V12 mühərriki dayanıb. O, 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Rolls-Royce-un Phantom VII-nin istehsalını dayandıracağı hələ 2016-cı ilin fevralında məlum idi. Güman edilir ki, Phantom VII-nin yerini yeni Phantom VIII tutacaq.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Phantom 31.01.2017

Şərhlər


AD