Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan yeni Mercedes E-Class

Almaniyanın Brabus atelyesi yeni nəsil sedan Mercedes-Benz E-Class W213 üçün təkmilləşdirmə proqramı hazırlayıb. Tünerlər modelin eksteryerini və interyerini dəyişməyi, o cümlədən bəzi modifikasiyaları daha da gücləndirməyi təklif edirlər. Brabus mütəxəssisləri sedan üçün iki versiyada bodi-kit hazırlayıblar. Hər iki asmada qabaq splitter, baqaj qapısında kiçik spoyler və arxa diffuzor quraşdırılacaq. Variantın birini digərindən qabaq hissədəki hava çıxıntıları ilə fərqləndirmək mümkündür.

Tünerlər sedan Мерседес Е-класса 213-ün salonunu müxtəlif dəri, alkantara və dekorativ metal elementlərlə bəzəməyi təklif edirlər. Burada sifarişçinin istəyi nəzərə alınacaq. Bundan əlavə, avtomobilin kandarlarındakı əlavələr işıqlandırılacaq ki, bu, salonun işıqlandırılmasına uyğunlaşdırılacaq.

Model bir qədər texniki cəhətdən də dəyişikliyə məruz qalıb. Belə ki, E 200-də olan 2,0-litrlik turbo mühərrikin gücü 184 a.g. və 300 Nm-dən 221 a.g. və 330 Nm fırlanma anına qədər artıb. Dizel versiyası E220d-də tünerlər 2,0-litrlik mühərrikin məhsuldarlığını 27 a.g. və 50 Nm artıraraq onu 221 a.g. və 450 Nm-ə çatdırıblar. Brabus mütəxəssisləri, həmçinin E350d dizel modifikasiyasını da gücləndiriblər. İndi 3,0-litrlik mühərrik 308 a.g. və 720 Nm-ə (+50 a.g. və 100 Nm) malikdir. Bu, sedana ilk yüzlüyü 5,7 saniyəyə (-0,2) yığmağa kömək edir.

Hələlik yuxarıda qeyd edilən dəyişikliklərin qiyməti barədə məlumat verilmir.

AUTO.AZ



Şərhlər


AD