Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford kabriolet Mustang-ı təkmilləşdirib

Ford şirkəti təkmilləşdirilmiş kabriolet Mustang təqdim edib. Təkmilləşdirilmiş kupe kimi, kabrioleti də tam rəqəmsal cihazlar paneli və 10-pilləli avtomatik sürət qutusu ilə təchiz ediblər.

Xarici görünüşdəki kosmetik dəyişiklikləri ilə kabriolet ikiqapılını tamamilə təkrarlayır. Söhbət faraların fərqli formasından (çox güman ki, arxa fənərlər də yeni konfiqurasiyalıdı. Şəkillərdə arxa hissə görünmür), daha aqressiv asmadan və indi 20 mm aşağı olan yeni kapotdan gedir.

Mustang-ın mühərrik qamması artıq iki mühərriklər təqdim edilib. Ford-da 3,7-litrlik V6-dan imtina ediblər, əvəzində 2,3-litrlik baza turbo dördlüyü EcoBoost-u saxlayıblar. Ən güclü isə 5-litrlik V8-dir.

Hər iki mühərrik yeni 10-pilləli avtomat və ya 6-pilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Mustang-ın asılqanı da dəyişikliyə məruz qalıb – yeni amortizatorlar və stabilizatorlar peyda olub.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang 26.01.2017

Şərhlər


AD