Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alfa Romeo-dan yeni krossover

Alfa Romeo yeni krossover Stelvio-nun sirrini açdı. Avtomobil First Edition bazasında yığılıb. Bir qədər əvvəl bu avtomobil yalnız Quadrifoglio idman variantında (510 a.g.) təqdim edilmişdi. Stelvio-nun vətəndaş versiyası aerodinamik asmadan məhrum olub, 280 a.g. və 400 Nm fırlanma anı verən 2,0-litrlik mühərrik alıb. First Edition yerindən 100 km/saata 5,7 saniyəyə sürətlənir.

Alfa Romeo krossoveri baza modifikasiyasında dəri salon, biksenon optika və 9-düymlük monitoru olan multimedia sisteminə malikdir. Stelvio-nun mühərriki 8-pilləli Avtomat sürət qutusu ilə birgə işləyir.

İtalyan mühəndislərinin sözlərinə görə, o, sürətlərə keçidi 150 milli saniyə ərzində yerinə yetirir. Bu, müasir sürət qutuları arasında ən yaxşı göstəricilərdən biridir. Sürücü üçün bir neçə idarəetmə rejimi əlyetərlidir. Bunların arasında trek üzrə hərəkət üçün nəzərdə tutulan Race tənzimləmə paketi də var.

AUTO.AZ



teqlər:
Alfa Romeo, Alfa Romeo Stelvio 25.01.2017

Şərhlər


AD