Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW-dən təkmilləşdirilmiş 4-Series

BMW şirkəti 4-Series-in təkmilləşdirilmiş ailəsinin sirrini açdı: kupe, kabriolet və M4 idman versiyası. Alman şirkətinin mətbuat xidmətinin məlumatına görə, yeniliklərin debütü 2017-ci ilin mart ayında Cenevrə avtosalonunda keçiriləcək. Avtomobillər 2017-ci ilin aprelində Avropada satışa çıxarılacaq.

Təkmilləşdirilmiş BMW 4-Series sələfindən yeni hava çıxıntıları, bamperlər və optika ilə fərqlənir. Restaylinq edilmiş 4-Series iki yeni ban rəngi, 18- və 19-düymlük təkər diskləri alıb. Əlavə pul ödəməklə modeli tam rəqəmsal cihazlar paneli ilə təchiz etmək olar.

BMW 4-Series-in mühərrik qammasında dəyişiklik olmayıb. Ona 184-dən 325 a.g.-dək gücü olan benzin, o cümlədən 3 dizel (190-313 a.g.) mühərrikləri daxildir. Mühərriklər 6-pilləli mexaniki və ya 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Müştərilər M-versiya da sifariş edə bilərlər.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M4 23.01.2017

Şərhlər


AD