Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən böyük krossover

Audi şirkəti yeni konseptual krossover Q8-in sirrini açıb. Avtomobil Detroyt avtosalonunda debüt edəcək. Audi-nin mətbuat xidmətinin verdiyi məlumata görə, yenilik gələn il seriyalı versiya alacaq, 2019-cu ildə isə satışa çıxarılacaq.

Q8 səkkiz künclü böyük radiator barmaqlığı, böyük təkər arkaları, 23-düymlük disklər alıb. Avtomobilin uzunluğu 5 metri keçir, təkər bazası isə 3 metrə bərabərdir. Baqajın həcmi 630 litrdir.

Konsept hibrid güc qurğusu ilə hərəkətə gətirilir. Ona 3,0-litrlik benzin V6 turbomühərriki daxildir ki, o, elektrik aqreqatı və 8-pilləli avtomat sürət qutusu ilə hərəkətə gətirilir. Krossoverin gücü ümumilikdə 442 a.g.-dür.

Avtomobil 100 km/saata 5,4 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatdır. Krossoveri, həmçinin tam ötürücü sistem və uyğunlaşdırılan pnevmatik asılqan ilə təchiz ediblər.

AUTO.AZ



teqlər:
Audi, Audi Q8 18.01.2017

Şərhlər


AD