Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yeni nəsil LS təqdim edib

Lexus Detroyt motor-şousunda yeni nəsil sedan LS təqdim edib. Yenilik 90 ölkənin bazarında satışa çıxarılacaq. Sələfi ilə müqayisədə LS daha böyük alınıb, yeni mühərriklər və opsiyalara malik olub.

LS GA-L-in platformasında yığılıb – bu arxitektura elə bahalı Lexus LC-nin də əsasını təşkil edir. Satışa çıxarıldığı ilk vaxtlarda arxa ötürücülü sedan 3,5-litrlik biturbo mühərriklə təchiz ediləcək. Bu aqreqat 415 a.g. və 600 Nm fırlanma anına malikdir.

Belə avtomobil yerindən 100 km/saata 4,5 saniyəyə sürətlənir. Mühərrik 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Bu sürət qutusu yarım il bundan əvvəl Lexus LC-də debüt etmişdi.

Yeni LS-in xarici görünüşü kupe üslubunda hazırlanıb: böyük radiator barmaqlığı, ayrı qabaq optika, səlis ban, tam diodlu faralar. Lexus baza versiyasında 19-düymlük tökmə disklərlə təchiz edilir. Əlavə pul ödəməklə xüsusi konstruksiyalı R20 diskləri də sifariş etmək olar.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LS 17.01.2017

Şərhlər


AD