Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-dən təkmilləşdirilmiş GLA

Mercedes-Benz şirkəti krossover GLA-in restaylinq olunmuş versiyasını təqdim edib. Avtomobilin satışı 2017-ci ilin yayında başlayacaq, qiymətlər isə bir qədər sonra məlum olacaq.

Mercedes-in model sırasında olan ən kiçik krossoverin xarici görünüşü cüzi dəyişib: yeni diodlu optika, duman əleyhinə faralar peyda olub, radiator barmaqlığı isə indi yeni struktura malikdir. Almanlar, həmçinin yeni rəng və təkər diski variantları təklif ediblər.

Salonda da bəzi dəyişikliklər edilib. Konsolda 8-düymlük ekranı olan, Android Auto-nu və Apple CarPlay-i dəstəkləyən təkmilləşdirilmiş media sistemi peyda olub. Həmçinin cihazlar paneli və konsolun bəzi düymələri dəyişib. Bundan əlavə, yeni işləmə variantları da var.

GLA əvvəlki kimi 1,6 (156 a.g.) və 2,0-litrlik (211 a.g.) turbo mühərriklərlə, o cümlədən 2,1-litrlik (136 a.g.) dizel mühərriklə təchiz ediləcək. Bundan əlavə, ən güclü AMG versiyası 2,0-litrlik, 360 a.g. verən benzin turbo mühərriklə təchiz edilir. Avtomobil qabaq və ya tam ötürücü, 7-pilləli robot sürət qutusu alıb.

AUTO.AZ

javascript:void(0)



teqlər:
Mercedes-Benz, Mercedes-Benz GLA 13.01.2017

Şərhlər


AD