Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia-nın yeni sportkarı peyda olub

Kia şirkəti Stinger GT adlı yeni liftbək təqdim edib. Avtomobil Detroyt avtosalonunda debüt edəcək. O, dünya bazarına  cari ilin sonlarında çıxarılacaq. Kia Stinger GT-nin qiyməti bir qədər sonra elan ediləcək.

Avtomobilin dizaynı 2011-ci ildə təqdim edilən eyniadlı konsepti xatırladır. O, diodlu optika, böyük təkər diskləri, ikili hava çıxıntıları və spoyler alıb. Avtomobilin uzunluğu 4,8 metr, eni isə 1,87 metrdir. Təkər bazası 2,9 metrə bərabərdir. Beləliklə, Stinger GT öz seqmentində ən böyük avtomobil olub.

Avtomobili həm arxa, həm də tam ötürücü ilə əldə etmək olacaq. Stinger GT-nin ilkin versiyaları 2,0-litrlik, 255 a.g. verən benzin mühərrik alacaq. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

Stinger GT-nin top versiyası 3,3-litrlik, 365 a.g.-ə malik benzin mühərriklə çalışır. Belə mühərriki olan liftbək yüzlüyə 5,1 saniyəyə sürətlənir. Hazırda bu, Kia-nın model sırasında ən yaxşı göstəricidir. Yeniliyin maksimal sürəti 269 km/saatdır.

AUTO.AZ



teqlər:
KIA, Kia Stinger GT 12.01.2017

Şərhlər


AD