Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory-dən Mercedes-AMG G63

Mansory tüninq atelyesi Mercedes-Benz G-Class üçün yeni təkmilləşdirmə proqramı təqdim edib. Yolsuzluq avtomobili yeni asma ilə təchiz edilib, daha enli olub, 840-güclü V8 mühərriki alıb.

Yeni asma və təkər arkalarında enli əlavələr (avtomobil 40 mm daha enli olub) karbondan hazırlanıb və Gallenwagen-in bütün modifikasiyaları üçün yararlıdır. Dəstin qiyməti təqribən 19 min avrodur.

Mansory təkmilləşdirilmiş G63 versiyası üçün mühərriki yeniləyib, onu yeni qazburaxma sistemi ilə təchiz edib. İki borusu olan 8-silindrli, 5,5-litrlik mühərrik indi əlavə 269 a.g. alıb.

Maksimal fırlanma anı indi 390 Nm artaraq 1150 Nm təşkil edir (elektronika ilə məhdudlaşdırılıb). Dinamik xarakteristika barədə məlumat verilmir. Standart G63 ilk yüzlüyü 5,4 saniyəyə yığır, maksimal sürəti isə 210 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD