Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi böyük krossover təqdim edəcək

Audi şirkəti 2017-ci il yanvarın 9-da Detroytdə keçiriləcək avtosalonda yeni crossover Q8 təqdim edəcək. Welt jurnalı Audi-nin baş dizayneri Mark Lixte ilə müsahibəni dərc edərkən avtomobilin ilk görüntüsünü də səhifədə yerləşdirib.

Mənbənin məlumatına görə, yeniliyin dizaynı ənənəvi SUV ilə idman kupesinin qarışığına bənzəyəcək. Krossover Q8 Audi-nin tarixində ən böyük və bahalı yolsuzluq avtomobili olacaq. Avtomobilin uzunluğu 5 metrdən çox olacaq.

Avtomobilin texniki xarakteristikası hələlik sirr qalır. Carscoops-un məlumatına görə mühərrik qammasına turboyükləyicili dizel və benzin V6 və V8 daxil olacaq. SQ8 adlı idman versiyası 430 a.g. olan 4,0-litrlik V8 ala bilər.

Həmçinin RS Q8 modifikasiyasının peyda olacağı gözlənilir. Avtomobil 600 a.g. olan V8 benzin mühərriki alacaq. Tam elektrik versiyalı E-Tron-un da buraxılacağı istisna edilmir.

Detroytdəki avtosalonda gələcək krossoverin prototipi nümayiş olunacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi Q8 27.12.2016

Şərhlər


AD