Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

 

Əfsanəvi Gelandewagen haqqında bilmədiyiniz 90 fakt

1)    Əfsanəvi Gelandewagen 1979-cu ildən bu günədək istehsal edilir.
2)    1929-cu ildə ilk Mercedes istehsal edilib və onun adına G hərfi əlavə olunub – Mercedes-Benz G3a.
3)    Mercedes-Benz Gelandewagen-in tarixi seriyalı istehsalatdan çox əvvəl başlayıb. 1975-ci ildə İran şahı Məhəmməd Rza Pəhləvi (o vaxt Mercedes-Benz konserninin əsas payçılarından biri idi) yeni yolsuzluq avtomobillərinin istehsalı barədə müqavilə bağlamışdı.
4)    Vətəndaşlar üçün nəzərdə tutulan W463 1990-cı ildən indiyədək istehsal edilir.
5)    1983-cü ildə Cekki Aysiks və Klod Brasseur tərəfindən idarə olunan Mercedes-Benz G-Class Paris-Dakar rallisində qalib gəlib.
6)    Əfsanəvi alman yolsuzluq avtomobilinin Timati, Arnold Şvartseneqer, Roma Papası, Tina Törner, Mixail Jvanetskiy, Maykl Duqlas və Bred Pit kimi məşhur sahibləri var.
7)    G-Wagen-in istehsalı ilə bağlı müqavilə 2027-ci ilədək imzalanıb.
8)    Yunanıstandakı zavodda ən nadir versiya yığılır - W462.
9)    2001-2012-ci illərdə Gelandewagen ciddi yeniliyə məruz qalıb.
10)    1 milyon dollar dəyəri olan altıtəkərli zirehli G63 AMG ən bahalı seriyalı dördküncdür.
11)    Hətta sükanı sağ tərəfdə olan yolsuzluq avtomobili G-class da var.
12)    İtalyanlar üçün məxsusi Gelandewagen buraxılıb - G200.
13)    Hər bir Gelandewagen-in əl ilə yığılır, hətta istehsalatın əvvəlindən sonunadək.
14)    Çində və Hindistanda G-Wagen-in klonları buraxılıb.
15)    Almaniya markasının yalnız bir avtomobilini maksimal VR7 zirehi ilə təchiz edirlər. Bu, Mercedes-Benz G-Class.
16)    Zavodda baza variantında üç bloklama ilə W463-ü buraxıblar. İstisna isə 500GE olub.
17)    1989-cu ildə alman Günter Holtorf və xanımı Kristina 1988-ci ilə buraxılışı olan Mercedes Gelandewagen ilə dünya səyahətinə çıxıblar. Cütlük vətənləri Almaniyaya 26 ildən sonra – 2014-cü ildə qayıdıb. Bu müddət ərzində onlar 200-dən çox ölkədə olublar.
18)    ABŞ-da sorğu keçirilib. Nəticəyə əsasən, dördbucaqlının salonunda olmaqla siz küçədə tanış ola bilməzsiniz.
19)    Mercedes-in lisenziyası ilə hətta uşaqlar üçün G-class formasında elektromobillər buraxılır.
20)    Bir çox ölkələrdə Gelandewagen kriminal avtomobil obrazına malikdir.
21)    Bütün dünyada əfsanəvi yolsuzluq avtomobilinə həsr olunan çoxlu sayda dördbucaqlı var. Onları Rusiyada, Yaponiyada, Almaniyada, Polşada, Britaniyada, Norveçdə, ABŞ-da, Belçikada, Kanadada, Avstraliyada, Fransada, Slovakiyada və s. görmək olar.
22)    Gelandewagen-in iki doğum günü var. Məsələ ondadır ki, Mercedes-də bu günü 1979-cu il 10 fevralda qeyd edirlər (məhz o gün təqdimatın sonuncu günü idi) , lakin Magna Steyr-də bu, 1977-ci il 11 martdır (bu gün zavodun tikintisinə başlanılıb).
23)    Bir yolsuzluq avtomobilinin yığılmasına 10 gün vaxt sərf edilir.
24)    1999, 2004, 2009 və 2014-cü illərdə dördbucaqlının yubiley versiyaları məhdud sayda istehsal edilib.
25)    Mercedes-Benz G-Class Paris-Dakarda 5 dəfə iştirak edib, bir dəfə qalib olub.
26)    2015-ci il Gelandewagen çox güman ki, hibrid olacaq. Almanlar G400 istehsal etməyi planlaşdırırlar.
27)    Gelandewagen Qratsda (Avstriya) istehsal edilir. Ünvan: Liebenauer Hauptstraße, 317.
28)    İlk istehsalat günündən 2014-cü ilədək mühərriklərin gücü təxminən 10 dəfə artıb (72 a.g.-dən 612 a.g.-dək).
29)    G-class-ın təkmilləşdirilməsi ilə Carlsson, AMG, Brabus, Mansory, Hamann, MET-R, Lorinser, Kleemann və s. kimi məşhur tüninq atelyeləri məşğul olur.
30)    Magna Steyr zavodunda istehsalat dayandırılanadək orada cəmi 20 ədəd kabriolet yığılırdı.

31)    Mercedes kimi, Magna Steyr zavodu da Puch markası altında Avstriya, Lixtenşteyn, İsveçrə, Sloveniya və Xorvatiya bazarları üçün yolsuzluq avtomobilləri istehsal edir.
32)    W463 tam ötürücüyə malikdir, W460 – söndürülə bilən qabaq.
33)    Zavodun bir konveyerindən paralel olaraq həm vətəndaşlar üçün nəzərdə tutulan W463, həm də hərbi W461 çıxır.
34)    Hər 5 ildən bir Avstriyada bütün Gelandewagen sahibləri toplaşırlar. Bunu Bavariya klubu Mercedes-Benz təşkil edir.
35)    G55 AMG-nin hər bir mühərriki bölüşdürücü vallara, döymə porşnlərə, möhkəmləndirilmiş silindrlər blokuna malikdir.
36)    2007-ci ildə UAZ Mersedes G-class-ın bir qədər əvvəl təqdim edilmiş reklam çarxının klonu olan reklam çarxı nümayiş etdirir.
37)    G63 ayaqqabı kolleksiyası da var idi - Santoni for AMG. Onu italyan dizayner Cüzeppe Santoni istehsal etmişdi.
38)    Dördbucaq B kateqoriyasında ən ağır yolsuzluq avtomobilidir.
39)    Geländewagen sözü alman dilindən yolsuzluq üçün avtomobil kimi tərcümə olunur.
40)    Rusiyada hətta Gelandewagen jurnalı nəşr edilir. Jurnalda yalnız bu model haqqında yazılır.
41)    G-class seriyalı 6x6 versiyası olan yeganə yolsuzluq avtomobilidir.
42)    Gelandewagen-in hər bir təcrübəli nümunəsini Qrats yaxınlığında dağlı-daşlı ərazidə fasiləsiz 12 min kilometr sürməklə yoxlayırlar.
43)    G-class kimi bu şəraitdə 12 min kilometrlik məsafəni dayanmadan qət edə bilən Jeep Wrangler, Toyota Land Cruiser 70 və Land Rover Defender avtomobilləridir.
44)    Mercedes-Benz G500-ün çəkisi 2,5 tondur.
45)    Gelandewagen ən yaxşı 10 yolsuzluq avtomobillərindən biridir. Forbes belə düşünür.
46)    Dördbucaq, qelik kimi ləqəblərdən başqa, G-Class-ı qelen, köşk, budka, çamadan, soyuducu və hətta təkərlər üzərində tabut adlandırırlar.
47)    Gelandewagen-zibilyığan, Gelandewagen-yanğınsöndürən maşın və Gelandewagen-katafalk kimi modifikasiyalar da var.
48)    G-Class Kölgə ilə döyüş 2, Cənnətdən kuryer, Hitmən, Yakudzanın günü, Bornun üstünlüyü, Parıltı filmlərində çəkilib.
49)    Mercedes G-class W463-ün ilk reportajı 1991-ci ildə Top Gear-də olub. O zaman sükan arxasında gənc Ceremi oturmuşdu.
50)    G63 və G65 AMG-ni ilk dəfə seriyalı olmaqla 2 akkumulyatorla buraxırdılar.
51)    G-class 7 yerlik variantda da var.
52)    Dünyada ilk dəfə ABS-i W463 seriyalı avtomobilə quraşdırıblar.
53)    2014-cü ildə Mercedes G-class-dan başqa, bütün avtomobillərinin ticari təyinatlarını dəyişdi.
54)    Gelandewagen-ə şer və mahnılar həsr olunub. Onları internetdən tapmaq mümkündür.
55)    İndi Qelikə 20-düymlük təkərlər quraşdırırlar. İstehsalatın ilk günündə isə 15-düymlük təkərlərdən istifadə edilirdi.
56)    Hətta üzən Gelandewagen də var. Onu İtaliyadan olan həvəskarlar hazırlayıblar.
57)    Yalnız G-class-da dönmə işıqları qanadın yuxarı hissəsindədir.
58)    Qelikə 33-düymlük şinlər quraşdırmaq olar. Lakin bu, maksimumdur.
59)    Saytlardan birində 1978-ci il istehsalı olan Gelandewagen-in prototipi satılırdı.
60)    Bir çox ölkələrdə polislər G-class-dan istifadə edirlər.

61)    Dizayn? Siz nə danışırsınız… Biz Steyr-də dizaynla məşğul olmamışıq – biz yalnız hərbi yolsuzluq avtomobili düzəltmişik. Bu sözlər G-class-ın konstruktoru Herviq Leynfellnerin yaradılmış model haqqında fikirlərindən sitatdır.
62)    2011-ci ildə Mercedes-Benz şirkəti geri çağırılma barədə elan verdi. O vaxt 189 avtomobil təhlükəsizlik yastıqları ilə bağlı problemə görə geri çağırılırdı.
63)    Kronşteyn elə düzəlib ki, Qelikin beşinci qapısında istənilən halda təkər asmaq olsun.
64)    Turbo və Otomoto saqqızlarının kağızını açdıqda orada G-Wagen-in şəkillərini tapmaq olar.
65)    1980-ci ildə Mercedes-Benz ilk dəfə Roma Papasına G-class bazasında hazırlanmış papamobil hədiyyə edib. Sonuncu dəfə isə 2007-ci ildə.
66)    Əvvəllər Magna Steyr zavodu Mercedes, BMW, Chrysler, Jeep, Audi, Saab, Aston Martin istehsal edirdi. İndi o, G-class, Peugeot və Mini buraxır.
67)    Mercedes G istehsal edilməyə başlayanda onu G-class kimi deyil, G-model kimi təqdim edirdilər.
68)    Yolsuzluq avtomobili H2 zavod kodu ilə hazırlanırdı.
69)    G-class-ın standart təchizatına bloklanan diferensiallar 1985-ci ildə daxil edilib.
70)    Adolf Hitler üçün eksklüziv Mercedes-Benz G4 hazırlanmışdı. O, adi variantdan ayaqaltı və 13 sm yuxarı qaldırılmış qabaq sərnişin oturacağı ilə fərqlənirdi.
71)    GTA, Xenus: Boiling point, World racing, World Racing 2, Enthusia kimi oyunlarda Gelandewagen sürmək olar.
72)    Zavod banın bütöv paslanmayacağına 10 il zəmanət verir.
73)    Zirehli G-class müdafiə edilmiş mühərrikə, çən və körpüyə malikdir.
74)    Mercedes-Benz G-Class Brabus 800 Widestar ilk yüzlüyə cəmi 4 saniyəyə sürətlənir.
75)    Qelikin konstruksiyası paraşüt-desant platformasına düşmək üçün hesablanıb.
76)    2008-ci ildə bolqar yolsuzluq avtomobili klubu reklam aksiyası çərçivəsində G-class-ı evin dik divarına qaldırıb.
77)    Başlanğıcda Gelandewagen 5 rəngdə istehsal edilirdi: ağ krem, sarı, bej, qırmızı və yaşıl.
78)    G-class-ın bazasında toy limuzini də var. Onun uzunluğu 10 metrdir.
79)    1979-cu ildən G versiyasında 400 min avtomobil yığılıb.
80)    Ərəb kaskadyorlar qeliki iki təkər üzərində sürə bilirlər.
81)    Nikko, Maisto, Shantou Gepai, Qunxing Toys, Akai şirkətləri radioidarəedilən G-class modelləri yığırlar.
82)    G-class-da arxa qapılar üç növdə hazırlanır: standart, lambo və yelləncək.
83)    1996-cı ilədək G-class kabrioletin damını əl ilə yığırdılar. Sonra onu elektrik hidravlik qurğu ilə təchiz ediblər.
84)    G320 və G350CDI 3,0-litrlik, G63AMG isə 5,5-litrlik mühərrikə malikdir. Göstəricilər Mercedes-in prinsiplərinə uyğun deyil.
85)    W461-in bəzi versiyalarını hava çıxıntıları və gücləndirilmiş kapotla təchiz edirlər.
86)    Avropa, ABŞ və Yaponiya üçün 124 modifikasiyada W460, W461 və W463 buraxılıb.
87)    AMG-nin top modellərində (G55, G63 и G65) maksimal sürət 210 km/saatda məhdudlaşdırılıb.
88)    2010-cu ildə E-traction şirkəti G-class-da elektrik dartma sistemi olan TheWheel quraşdırıb. Mühərrik yeri, ayırıcı qutu, körpü yox idi.
89)    Gelandewagen-in təkərləri boltla nadir şəkildə bağlanırlar - 5*130/84.
90)    Bəzi modifikasiyalarda suyun axıdılması üçün tixaclar var. Bu, su maneələrini keçmək üçün nəzərdə tutulub.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz G-Class 23.12.2016

Şərhlər


AD