Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari yeni superkar təqdim edib

Ferrari şirkəti Yaponiyadakı 50 illik fəaliyyəti münasibətilə superkar J50 təqdim edib. On ədəd tirajla buraxılacaq yenilik 690-güclü mühərrik və markanın ötən illərinə məxsus üslub cizgiləri alıb.

Şirkətdən bildirirlər ki, yenilik 1970-1980-ci illərdə hamının sevdiyi Ferrari-ni xatırlatmalıdır. Bəzək işlərində GTO və daha əvvəllər buraxılan F40 və F50 modellərinə aid istinadlar görmək mümkündür.

J50-nin xarici görünüşü, həmçinin aerodinamik karbon elementlər, 20-düymlük döymə disklər və tam diodlu optika ilə seçilir. Yenilik donor rodsterdən elə həmin 3,9-litrlik tvin-turbo V8 mühərrikini alıb, lakin o, 488 Spider-dən 20 a.g. daha güclüdür.

Dinamikanın göstəriciləri barədə şirkətdən məlumat verilmir. Qeyd edək ki, Spider ilk yüzlüyü 3 saniyəyə yığır, 200 km/saata 8,7 saniyəyə sürətlənir. Maksimal sürət isə 325 km/saatdır.

Ferrari hələlik yeniliyin hansı bazarlar üçün nəzərdə tutulduğu və neçəyə satılacağı barədə məlumat vermir.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari J50 16.12.2016

Şərhlər


AD