Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Carlsson-dan Mercedes-AMG C63 S

Almaniyanın tüninq-atelyesi Carlsson sedan Mercedes-AMG C63 S üçün təkmilləşdirmə proqramı təqdim edib. Bunun sayəsində dördqapılı daha güclü və cəld alınıb. Avtomobilin maksimal sürəti 330 km/saatdır.

Dörd litrli biturbo V8 mühərrikinin məhsuldarlığı 510 a.g. və 700 Nm fırlanma anından 625 a.g. və 825 Nm-ə qədər artıb. Sedan ilk yüzlüyü 3,8 saniyəyə yığa bilir – standart versiyadan 0,2 saniyə daha tez. Maksimal sürət isə 290-dan 330 km/saata qədər artıb.

Bundan əlavə, Carlsson atelyesi Mercedes-AMG C63 S üçün qabaq və arxa spoyler, diffuzor və yan ətəklərdən ibarət olan yeni aerodinamik asma hazırlayıb. Sedan, həmçinin xüsusi dizayna malik 20-düymlük yüngüllehimli təkər diskləri alıb. Super sedanın salonunu Şotlandiyadan gətirilmiş Nappa dərisi və alkantara ilə işləyiblər.

AUTO.AZ



Şərhlər


AD