Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Lexus LS Detroytə hazırlaşır

Yeri gəlmişkən, yanvarın 9-da Detroyt avtosalonu qapılarını ziyarətçilərin üzünə açır. Şimali Amerikada yaxşı tanınmaq istəyənlər də bu imkanı əldən vermir. Salonda Lexus-un flaqman sedanı olan LS-in yeni nəslinin də təqdimatı gözlənilir. Bu gün isə bizə onun kiçik hissəsinin şəklini təqdim ediblər.

Yaponlar bildirirlər ki, gələcək nəsil LS kupe LC ilə bölüşdüyü tam yeni arxa ötürücülü modul platformasında GA-L adı ilə yığılıb. Çox güman ki, yeni LS mühərriki də kupedən mənimsəyəcək.

Məsələn, 355-güclü hibrid qurğu və 473-güclü 5,0-litrlik “səkkizlik” atmosferli mühərrik. Xarici görünüşə gəldikdə isə, burada hər kəs bir il əvvəl Tokioda təqdim edilmiş LF-FC konseptini gözləyir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LS 14.12.2016

Şərhlər


AD