Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Dodge Challenger tam ötürücü aldı

Dodge şirkəti Challenger-in tam ötürücü sistemə malik yeni versiyasını təqdim etdi. Adına GT indeksi əlavə olunan maslkarın qiyməti 34490 dollardır.
Avtomobil 3,6-litrlik benzin V6 mühərriki ilə hərəkətə gəlir. Mühərrik 305 a.g.-ə malikdir. Aqreqat 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Tam ötürücü sistem yalnız lazım olduqda qoşulur. Adi şəraitdə fırlanma anı yalnız arxa ötürücülərə ötürülür. Bu cür texnologiya ilk dəfə Dodge Charger AWD modelində nümayiş etdirilib.

Yenilik duman əleyhinə faralar, kiçik arxa spoyler və 19-düymlük təkər diskləri alıb. Maslkarın salonunda isitmə və ventilyasiya funksiyaları olan, Nappa dərisi ilə üzlənmiş yeni oturacaqlar, o cümlədən qızışdırılan sükan və 8,4-düymlük displeyi olan informasiya-əyləncə sistemi quraşdırılıb.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Challenger 10.12.2016

Şərhlər


AD