Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Prior Design-dan Mercedes S-Class Coupe

Flaqman kupesi üçün asmalar bir çox tüninq-atelyenin assortimentində var. Nəhayət, Prior Design da bu sıraya qoşuldu. Atelyenin dizaynerləri ikiqapılı üçün enli ban asması hazırlayıblar.

W217 banında olan Mercedes S-Class Coupe üçün yeni tüninq-dəst Essendəki motorşouda təqdim edildi. PD990SC adı alan asma avtomobilə daha aqressiv görünüş verir.

Avtomobili böyük təkər arkaları olan enliləşdirilmiş qanadlarla, ventilyasiya kəsikləri və yan ətəklərlə, o cümlədən yeni bamperlərlə, - qabaq bamperdə spoyler, arxada isə diffuzor quraşdırılıb, - təchiz ediblər.

Əlavə pul ödəməklə PD990SC paketinə baqaj qapısı üçün böyük spoyler və yeni relyefli kapot daxil edilə bilər. Əlbəttə, müştərilər atelyenin kataloqunda təqdim edilən böyük assortimentli eksklüziv təkərlər, aşağı salınmış asılqan da seçə bilərlər.

Prior Design atelyesinin mütəxəssislərinin texniki apqreydlə məşğul olub-olmadıqları barədə məlumat verilmir. Əks halda digər şirkətlərin təkliflərindən yararlanmaq olar.

AUTO.AZ



Şərhlər


AD