Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

M Performance versiyasında BMW 5-Series

BMW şirkəti 5-Series-in yeni nəsli üçün M Performance aksessuarları hazırlayıb. Avtomobillər gələn ildən satışa çıxarılacaq. Model karbon lifindən hazırlanmış palçıq qoruyucusu, splitter və spoyler alıb. Avtomobili, həmçinin qara radiator barmaqlığı, 20-düymlük təkər diskləri və fərqli bamperlərlə təchiz ediblər.

540i modifikasiyası üçün mühərriki 360 a.g.-ə qədər gücləndiriblər. Bundan əlavə, dizel versiyası 530d-nin də gücü artırılıb. İndi bu modifikasiya 290 a.g.-ə malikdir.

BMW yeni nəsil 5-Series-i bu ilin oktyabr ayında G30 indeksi ilə təqdim etmişdi. Beşlik jestləri və məsafədən parketməni anlamağa başlayıb, sələfindən böyük, lakin yüngül olub, yeni mühərriklər alıb, BMW-nin tarixində aerodinamikası daha yaxşı model olub və bu göstərici ilə superkar i8-i üstələyib.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M Performance 06.12.2016

Şərhlər


AD