Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru böyük krossover təqdim edib

Subaru şirkəti Viziv-7 adlı yeddi yerlik krossoverin konseptini təqdim edib. Prototip Los-Anceles avtosalonunda təqdim edilib və Yaponiya brendinin ən böyük avtomobilidir. Avtomobil gələcəkdə seriyalı versiya alacaq. Onun 2018-ci ildə işıq üzü görəcəyi gözlənilir. Yenilik Subaru model sırasında Tribeca-nın yerini tutacaq.

Seriyalı model üçün hələlik ad fikirləşməyiblər. Bir qədər əvvəl xarici KİV-lər yazırdılar ki, avtomobil istehsalçısı bu məsələnin həllində yardım göstərmələri üçün müştərilərinə sorğu göndərib. Hazırda şirkət yenilik üçün 7 variant üzərində düşünür: Ascent, Centauri, Columbia, Cypress, Sojourn və Meridian.

Viziv-7-nin uzunluğu 5,2 metrdir. Bu göstəricilərə görə avtomobil Volkswagen Atlas və Chevrolet Tahoe modellərini üstələyir. Yeniliyin bütün texniki göstəriciləri hələlik sirr saxlanılır. Seriyalı variantın 2,0-litrlik benzin mühərrik alacağı istisna edilmir. Mühərrik təxminən 250 a.g.-ə malik olacaq.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Viziv-7 05.12.2016

Şərhlər


AD