Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar elektrik krossover təqdim edib

“Jaguar” şirkəti brendin tarixində ilk olan elektriklə çalışan “I-Pace” krossoverini təqdim edib. Prototipin rəsmi təqdimatı Los-Anceles avtosalonunda keçirilib. Avtomobil 2018-ci ildə satışa çıxarılacaq. “Jaguar I-Pace”-in əsas rəqibi krossover “Tesla Model X” olacaq.

Konseptin seriyalı versiyası demək olar ki, konseptdən fərqlənməyəcək. Prototipin uzunluğu 4680 mm, eni 1890 mm-dir. Təkər bazasının ölçüsü 2990 mm-dir. Avtomobil iki baqaj (arxa hissədə 530-litrlik, qabaq hissədə 28-litrlik), enli təkər arkaları və 23-düymlük təkər diskləri alıb.

Krossover “Jaguar Land Rover EV” platformasında yığılıb və iki elektrik mühərriki vasitəsilə hərəkətə gətirilir. “I-Pace”-in ümumi gücü 400 a.g.-dür. Krossover 100 km/saata 4 saniyəyə sürətlənir.

“I-Pace” yenidən elektriklə doldurulmadan 500 km məsafə qət edə bilər. Avtomobilin batareyalarını 2 saata tam doldurmaq mümkündür. “I-Pace”-in bütün versiyaları tam ötürücü sistem alacaq. Krossoverin qarşı müqavimət əmsalı 0,28-dir.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar I-Pace 24.11.2016

Şərhlər


AD