Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini Huracan arxaötürücülü oldu

“Lamborghini” şirkəti rodster “Huracan Spyder”-ın arxaötürücülü versiyasını təqdim edib. Model Los-Anceles avtosalonunda debüt edib. İkiqapılı 5,2-litrlik benzin V10 mühərriki ilə təchiz edilib ki, o, 580 a.g. və 540 Nm fırlanma anına malikdir. Mühərrik robotlaşdırılmış, iki muftası olan “Lamborghini Doppia Frizione” sürət qutusu ilə təchiz edilib.

Çəkisi 1509 kiloqram olan rodster yerindən 100 km/saata 3,6 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti isə 319 km/saatdır. Modelin arxaötürücülü modifikasıyası, həmçinin yeni elektronika, yenidən tənzimlənmiş sükan idarəçiliyi, amortizatorlar, məxsusi olaraq arxaötürücülü “Huracan” üçün hazırlanmış “Pirelli PZero” şinləri, rəqəmsal cihazlar paneli alıb.

“Huracan”-ın damı açılır və 17 saniyəyə avtomatik yığılır. Bu əməliyyatı 50 km/saat sürətdə yerinə yetirmək olar. Arxaötürücülü “Lamborghini Huracan Spyder”-in satışı 2017-ci ilin yanvarında başlayacaq.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan 18.11.2016

Şərhlər


AD