Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes möhtəşəm kabriolet təqdim edib

“Mercedes-Benz” şirkəti “Mercedes-Maybach” sıralarının bir hissəsi olacaq ilk kabriolet təqdim edib. “Mercedes-Maybach S 650 Cabriolet” adlı modelin debütü Los-Ancelesdəki avtosalonda olub.

Modelin təməlində kabriolet “Mercedes-Benz S-class” dayanır. Yenilik standart versiyalı ikiqapılıdan yeni qabaq bamperlə, xüsusilə kandarlarda olan əlavə xrom elementlərlə, “Maybach” lövhələri ilə, həmçinin 20-düymlük təkər diskləri ilə fərqlənir.

“Mercedes-Maybach S 650 Cabriolet”-in interyeri tamamilə dəri ilə örtünüb. Bununla yanaşı, ikiqapılının salonunda təbii ağacdan hazırlanmış dekorativ elementlər, o cümlədən “Maybach” loqotipi var. Bundan əlavə, stəkan qoymaq üçün nəzərdə tutulmuş yerlərin qabağında avtomobilin seriya nömrəsi qeyd ediləcək.

Yeniliyi “Mercedes-AMG S 65 Cabriolet”-dən olan mühərrik ilə təchiz ediblər. “Maybach” 630 a.g. və 1000 Nm fırlanma anı olan 6-litrlik biturbolaşdırılmış V12 mühərriki ilə hərəkətə gətirilir. Mühərrik 7 diapazonlu avtomat sürət qutusu ilə birgə çalışır. “Mercedes-Maybach S 650 Cabriolet” yerindən 100 km/saata 4,1 saniyəyə sürətlənir.

Bu avtomobildən cəmi 300 ədəd buraxılacaq və hər birinin qiyməti 300 min avro olacaq. Kabrioletin standart təchizat siyahısına “Swarovski” kristalları olan qabaq faralar, sürücünün və sərnişinlərin boyunlarına isti hava üfürən sistem daxildir.

Alıcılar avtomobil aldıqda onlara interyerin bəzədilməsində, avtomobilin üzlüyündə istifadə olunmuş rəngdə dörd ədəd çanta, “nappa” dərisindən hazırlanmış açar üçün brelok veriləcək ki, onların hər birinin üzərində “Daimler AG”-nin rəhbəri Diter Tsetşenin imzası olacaq.

AUTO.AZ



Şərhlər


AD