Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alfa Romeo krossover Stelvio-nu təqdim edib

“Alfa Romeo” Los-Anceles avtosalonunda tarixində ilk krossoveri – “Stelvio”-nu təqdim edib. On üç il ərzində hazırlanmış avtomobil ilk növbədə ABŞ bazarı üçün nəzərdə tutulub. “Stelvio” Avropa bazarında 2017-ci ildə peyda olacaq.

Avtomobilin eksteryeri sedan “Giulia” üslubunda hazırlanıb. O, enli təkər arkaları, ciddi görünüşlü bamperlər, spoyler, üçbucaq şəklində olan radiator barmaqlığı, karbon lifindən yan ətəklər alıb.

İlk olaraq italyan krossoverinin “Quadrifoglio” adlı idman versiyası debüt edib. Avtomobili 2,9-litrik biturbolaşdırılmış, 505 a.g. olan mühərriklə təchiz ediblər. “Stelvio” tamötürücülü sürət qutusu alıb. O, sürüşmə zamanı arxa və qabaq təkərlər arasında fırlanma anını bərabər bölür. Adi rejimdə “Alfa Romeo” arxaötürücülü krossover olaraq qalır.

“Stelvio”-nun mühərriki 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. O, İtaliya mühəndislərinin bildirdiklərinə görə, 150 milli saniyədə sürət qutusunun ötürmələrini dəyişir – bu, müasir avtomat sürət qutularında ən yaxşılardan biridir. Sürücü üçün bir neçə idarəçilik rejimi əlyetərlidir. Onların arasında treklərdə sürmək üçün nəzərdə tutulan “Race” paketidir.

AUTO.AZ



teqlər:
Alfa Romeo, Alfa Romeo Stelvio 15.11.2016

Şərhlər


AD