Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota 2000-güclü Land Cruiser hazırlayıb

“Toyota” şirkəti Amerikanın tüninq-şousu “SEMA” üçün 2000-güclü yolsuzluq avtomobili – “Land Cruiser 200” hazırlayıb. Bu barədə Yaponiyanın avtomobil istehsalçısı məlumat verib.

Baza variantında 5,7-litrlik benzin V8 mühərriki olan “Toyota Land Cruiser 200”-in gücü iki “Garrett” turbo yükləyicisi sayəsində 381-dən 2000 a.g.-ə çatdırılıb. Mühərrik “ATI Performance Products” şirkətinin avtomat sürət qutusu ilə birgə işləyir. “Toyota Land Speed Cruiser” adlı yeni modeldə əyləclər gücləndirilib, asma aşağı salınıb, aerodinamika yaxşılaşdırılıb, arxa görünüş güzgüləri isə kameralarla əvəz olunub.

“Toyota Land Speed Cruiser-in salonunda təhlükəsizlik karkası, idman oturacaqları, çoxnöqtəli təhlükəsizlik kəməri peyda olub, arxa oturacaqlar çıxarılıb, lakin yolsuzluq avtomobili standart qabaq panelini qoruyub saxlayıb.

2000-güclü yolsuzluq avtomobilinin seriyalı olub-olmayacağı barədə Yaponiyanın avtomobil istehsalçısı məlumat vermir – “Land Speed Cruiser” modeli gərək SEMA-2016 üçün şou-kar statusunda qalsın.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Land Cruiser 04.11.2016

Şərhlər


AD