Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yeni E63 AMG-ni təqdim etdi

“Mercedes-Benz” şirkəti sedan “E-Class”-ın ən sürətli versiyasını təqdim etdi.  Avtomobil satış üçün iki modifikasiyada əlveriçi olacaq: “E63” və “E63 S”. yeniliyin ictimai təqdimat mərasimi noyabrda Los-Ancelesdə keçiriləcək. Avropada satışlar 2017-ci ilin əvvəlində başlanacaq.

Alman brendinin mətbuat xidmətinin verdiyi məlumata görə, yeni  “E63” və “E63 S” “E-Class”-ın tarixində ən güclü versiyaları oldu. Birinci model 4,0 litrlik V8 benzin mühərriki ilə komplektləşdirilir. Mühərrikin gücü 563 a.g. və 750 Nm fırlanma anı təşkil edir. Avtomobil 100 km/saata 3,4 saniyəyə sürət yığa bilir.

“E63 S” versiyasında mühərrikin faydalı iş əmsalı 603 a.g. və 850 Nm fırlanma anınadək artır. “Yüzə” sürət 3,3 saniyəyə yığılır. Maksimal sürət – 300 km\saatdır. Hər iki versiyada mühərrik iki muftalı, doqquzpilləli robotlaşdırılmış AMG Speedshift sürət qutusu ilə bir işləyir.

Avtomobil silindrlərin deaktivasiya sistemi ilə, həmçinin yalnız arxa ötürücünü aktivləşdirən xüsusi Drift rejimi olan tam ötürücülü AMG Performance 4Matic sistemi ilə işləyir. Sürücüyə həmçinin, Comfort, Sport, Sport Plus və Individual yükləmə paketləri də əlverişlidir. Onların hər birində sükana təzyiq, mühərrik və sürət qutusunun iş alqoritmləri dəyişir. “E63 S” modifikasiyasında əlavə Race rejimi təqdim olunub.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz E-Class, AMG 28.10.2016

Şərhlər


AD