Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes ilk pikapını təqdim etdi

“Mercedes-Benz” şirkəti ilk ortaölçülü pikapının prototipini təqdim etdi. Model “X-Class” adlandı. Təqdimat mərasimi İsveçrədə xüsusi tədbirdə keçirilib. Əvvəlcədən verilən məlumata görə, model “Nissan Navara” ilə bəzi aqreqatlarla bölüşəcək.

Pikapın əsasını lonjeron çərçivəsi təşkil edəcək. Top modifikasiyası V6 dizel mühərriki və 4Matic daimi tam ötürücü sistemlə təchiz olunacaq. “X-class”-ı həmçinin mərkəzi və arxa differensial bloklama ilə komplektləşdirirlər.

Əvvəlcədən qeyd edildiyi kimi pikapın seriya versiyasının mühərrik qammasında üç mühərrik, iki dizel və bir benzin mühərriki gözlənilir. Lakin, bununla da “Mercedes” öz platforma qardaşlarından fərqlənmir. Baza modifikasiyası188 a.g. verən 2,3 litrlik dizel mühərriki ilə təchiz olunur. Daha sonra 2,5 litrlik benzin mühərriki və 255 a.g. verən ağır yanacaqla işləyən 3 litrlik V6 flaqman olacaq.

“Mercedes-Benz X-Class”-ın seriya versiyası 2017-ci ilin sonunda satışa çıxarilacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz X-Class 26.10.2016

Şərhlər


AD