Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yeni Grandeur təqdim edib

“Hyundai” şirkəti yeni nəsil sedan “Grandeur”-nun ilk şəkillərini dərc edib. Bu model ABŞ-da “Azera” adı ilə tanınır. Avtomobilin Cənubi Koreyada satışına gələn ay başlanacaq.

Modelin dizaynı “Genesis G80”-i xatırladır. Təkər bazasının genişləndirilməsi sayəsində salonda sərnişinlər üçün yer xeyli böyüyüb. Şirkətdən bildirilib ki, avtomobil “Hyundai”-ın “yeni dizayn erasından xəbər verir”.

Sedan 3,3-litrlik benzin V6 mühərriki ilə hərəkətə gətirilir. O, 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Yeniliyin dinamik xarakteristikası hələlik sirr olaraq qalır.

Mühərrik qammasına 4-silindrli benzin və dizel mühərriklər daxil ediləcək. Bundan əlavə, hibrid modifikasiyanın da peyda olması istisna edilmir.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Grandeur 24.10.2016

Şərhlər


AD