Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Overfinch nadir Range Rover yaradıb

Britaniyalı tüner “Range Rover”-in möhtəşəm versiyasını – “Autobiography”-ni ciddi surətdə dəyişib. Bu yolsuzluq avtomobili standart variantda da dəbdəbəni təcəssüm etdirir. Əgər “Overfinch” “Range Rover Autobiography”-ni sportkar kimi etsəydi bu, mənasız alınardı.

Demək olar ki, bütün güc interyerin təkmilləşdirilməsinə sərf olunub. İndi salon əsl incəsənət əsəri kimi görünür. Məhz bunun üçün bahalı ağac növlərindən əl ilə 5500 hissə hazırlanıb. Nəyə görə belə çox? Onların üzərində Londonun əsas görməli yerləri təsvir olunub.

İnteryerdən əlavə, tüner xarici görünüş üzərində də çalışıb: hər iki bamper təkmilləşdirilib, böyük hava çıxıntıları əlavə olunub, radiator barmaqlığı dəyişdirilib, 22-düymlük “Tora” diskləri quraşdırılıb.

Əsl kolleksiyaçı bu avtomobil üçün 249990 funt sterlinq ödəməkdən çəkinməməlidir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Overfinch 14.10.2016

Şərhlər


AD