Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni BMW 5 seriyasının rəsmı təqdimatı olub

“Germancarforum” portalının yaydığı şəkillərdə sedan banında və təkmilləşdirilmiş “M Sport” paketi olan yeni “beşlik” təqdim edilib. Şəkillərdən görünür ki, yeni “BMW-5” seriyası bir çox cəhətlərinə görə kiçik ölçülü flaqman “yeddi”ni xatırladır. Bunu sedanın salonu barədə də demək olar. Bu detalların demək olar ki, hamısı, - cihazlar panelindən və qabaq konsoldan tutmuş multimedia bloku və hava çıxıntılarına qədər, - “BMW 7”-ci seriyanı xatırladır.

Yeni “BMW 5”-in texniki göstəriciləri barədə elə də çox məlumat yoxdur. Modelin əsasında “CLAR” modul arxitekturası dayanır. “Beşliyin” konstruksiyasında alüminiumdan, kömür plastikdən, maqneziumdan və yüksək keyfiyyətli poladdan istifadə edilib ki, bunun sayəsində onun çəkisi sələfi ilə müqayisədə 100 kq azalıb.

Yeni “BMW 5”-in mühərriklər qammasına 2-litrlik, 4-silindrli və 3-litrlik, 6-silindrli benzin və dizel aqreqatları daxildir. Biz, həmçinin “M550d” versiyasında dizel “altılıq”, “550i” versiyasında benzin tvin-turbo V8 və hibrid modifikasiya görəcəyik. Sonuncuda 2-litrlik, 4-silindrli benzin mühərrik elektrik mühərriki ilə birgə çalışacaq.

Ən güclü “beşlik” ənənəyə uyğun olaraq “BMW M5”-dədir. O, 600-dən çox at gücünə malik olacaq. Hətta bu modifikasiyada ilk dəfə opsional olaraq tam ötürücü quraşdırılacaq. Lakin digər “BMW 5”-dən fərqli olaraq yeni M5-i sabah deyil, 2017-ci ildə göstərəcəklər.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series 13.10.2016

Şərhlər


AD