Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lumma Design tüninqində BMW X6M

Tüner “BMW X6M”-in (F86) əsasında, sözün əsl mənasında, parlaq, eksklüziv bodi-kiti və 22-düymlük diskləri olan avtomobil yaradıb. Əlbəttə, bu işdə ən çox “Lumma Design” mütəxəssislərinin seçdikləri işıqvermə xassəli sarı rəng diqqəti cəlb edir ki, onlar bu boya ilə yolsuzluq kupesinin banını rəngləyiblər. Bu, mat-qara rəngli 22-düymlük disklərlə çox gözəl görünür.

“Lumma Design”, həmçinin mühərriki də təkmilləşdirib. Deməli, 4,4-litrlik “TwinPower Turbo V8” indi 700-dən çox at gücü, 980 Nm fırlanma anı verir. Sürətə gəldikdə isə, istehsalçı bu rəqəmi hələlik gizli saxlayır. Əslində, bunu heç bilməsəniz də olar, çünki istənilən halda bu avtomobil 300 km/saatı üstələyir.

“BMW X6M” xarici görünüşdə çox “əzələlidir”. Belə ki, təqdim edilən yolsuzluq avtomobili genişləndirilmiş təkər arkaları, böyük hava çıxıntıları və diffuzor alıb. Təbii ki, bütün bu yeniliklər aerodinamik göstəricilərə müsbət təsir edir. Salon da “Lumma Design”-ın ən gözəl ənənələrinə uyğun hazırlanıb.

AUTO.AZ



teqlər:
BMW, BMW X6, Lumma Design 12.10.2016

Şərhlər


AD