Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW yığcam krossover təqdim edib

Tezliklə Bavariya markasının X-sırasında ilk altı rəqəmlərin hamısı dolu olacaq – orada yalnız böyük yolsuzluq avtomobilləri üçün yer qalacaq.
Çünki “X2” adlı yeri “yolsuzluq kupesi” üslubunda yeni yığcam krossover tutdu. Düzdür, hələlik konsept statusunda.

Yenilik qabaq ötürücülü UKL platformasında yığılacaq və onun ikinci nəsil “X1” ilə bir çox oxşarlıqları var. Əgər siz hesab edirsinizsə “X1”-in dizaynı elə də idmansayağı deyil (ilk nəsil daha qətiyyətli görünürdü), onda gələcək “X2”-ə də baxın.

Bəli, bu hələlik şoukardır. Çox güman ki, o, seriyalı modelə daha yaxındır. “X2” daha alçaq klirensə və dam xəttinə malikdir və bunun sayəsində o, daha qətiyyətli və aqressiv görünür. Xəyalınızda 21-düymlük təkər disklərini 19-düymlüklə əvəz edin, kameralar əvəzinə normal güzgülər barədə düşünün, gözünüzün qabağına daha ənənəvi optika gətirin – gələcək “X2”-nin dizaynı hazırdır.

Hazırda gözlənilən “X2”-nin texniki detalları barədə məlumat yoxdur. Hələlik yalnız dizayndan söhbət gedir.

AUTO.AZ



teqlər:
BMW, BMW X2 10.10.2016

Şərhlər


AD