Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus kiçik krossover təqdim edib

“Lexus” şirkəti Paris avtosalonunda yığcam “UX” krossoverinin prototipini təqdim edib. Yeniliyi xüsusi söykənəcəkləri olan kinetik oturacaqlarla təchiz ediblər ki, onun strukturu sintetik hörümçək ipəyindən hazırlanan eko-materiallardan ibarətdir.

Konsept-kar “Lexus”-un Fransanın cənubunda yerləşən Avropa dizayn mərkəzində hazırlanıb. Prototip böyük radiator barmaqlığı, böyük təkərlər, tündləşə bilən şüşələr və hərəkət istiqamətinin əksinə açılan arxa qapılar alıb.

İnteryer vizual olaraq iki hissəyə bölünüb. Qabaqda “idmansayağı, sürücüyə uyğun mühit”, arxada isə “yumşaq ikiyerli ağ divanı olan rahatlıq zonası” hökm sürür.

Prototipin texniki göstəriciləri barədə istehsalçı məlumat vermir. Lakin çox güman ki, konsept-kar elektrik və ya hibrid güc qurğusu ilə təchiz ediləcək.

AUTO.AZ



teqlər:
Lexus, Lexus UX 03.10.2016

Şərhlər


AD