Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover yeni Discovery-ni təqdim etdi

İnternetdə gələcək nəsil yolsuzluq avtomobili “Land Rover Discovery”-nin ilk rəsmi şəkilləri dərc edilib. Şəkillər Britaniya markasının Avstraliya saytında yerləşdirilib, lakin sonrada çıxarılıb. Buna baxmayaraq, “Car Advice” nəşriyyatı şəkilləri öz səhifəsində yerləşdirə bilib.

Şəkillərə əsasən yolsuzluq avtomobili yeni nəsil “Discovery Sport” modelindən və 2014-cü ilin əvvəllərində təqdim edilmiş konsept-kar “Discovery Vision”-dan bir sıra üslub elementləri mənimsəyib.

Yolsuzluq avtomobilinin konstruksiyasında alüminiumdan daha çox istifadə ediləcək ki, bunun sayəsində model sələfindən kifayət qədər yüngül olacaq. İndiki “Discovery”-nin çəkisi 2622 kq-dır.

“Discovery”-nin mühərrik qammasına yeni “Ingenium” alüminium-dizel “turbo dördlük”, o cümlədən benzin və ya dizel ilə işləyən 3-litrlik V6 daxildir.

AUTO.AZ



teqlər:
Land Rover, Land Rover Discovery 01.10.2016

Şərhlər


AD