Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec tüninqində Lamborghini Huracan

“Novitec” yenidən “Lamborghini Huracan” üzərində işləyib, lakin bu dəfə dəyişikliyə superkarın arxa ötürücülü versiyası məruz qalıb. Bu, artıq “LP 580-2” yox, daha çox “LP 830-2”-dir.

Siz düz başa düşdünüz – 5,2-litrlik V10 artıq baza variantındakı 580 a.g. əvəzinə 830 a.g.-ə malikdir. Tünerlər buna iki mexaniki yükləyici quraşdırmaqla, o cümlədən yeni qaz buraxma sistemi sayəsində (yeri gəlmişkən, səs tənzimlənir) nail olublar.

Atelyenin digər ştrixləri qabaq və arxa hissələrdə müvafiq olaraq 20 və 21 düymlük disklərdən, dəqiq karbon asılqandan, güclü palçıq qoruyucudan və 35 mm aşağı salınmış klirensdən ibarətdir. Qiymət isə müştərinin əlavə arzularından asılı olacaq.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan, Novitec 29.09.2016

Şərhlər


AD