Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Qarşılayın, ilk dizel mühərrikli Bentley!

“Bentley” ilk dəfə olaraq dizel mühərrikli avtomobil istehsal etdi. Gordüyünüz kimi, bu böyük şərəfə böyük “Bentley” – yolsuzluq avtomobili (model tarixində yenə də ilk) “Bentayga” layiq görüldü.

Britaniyalılar bu ağır yanacaqla işləyəcək debüt model üçün təchizatı düzgün seçiblər – bu, çılğın “Audi SQ7”-dəndir. Qeyd edək ki, bu, 4-litrlik, ikili turbini olan V8 və “e-booster” yükləyicidir. Bu, çox güclü sistemdir! “Audi”də olduğu kimi, burada da 435 a.g. və 900 Nm fırlanma anı var.

2400 kiloqlarlıq “Bentley” elə dinamikada da “SQ7”-ni təkrarlayır – ilk yüzlüyə 4,8 saniyə vaxt sərf edilir. Eyni zamanda, alman krossoverindən fərqli olaraq, “britaniyalının” maksimal sürəti 20 km/saat çoxdur, yəni, 270 km/saat. Avtomobildə, həmçinin xüsusi hazırlanmış qazburaxma sistemi, 8-pilləli ZF avtomat sürət qutusu və əlbəttə, tam ötürücü quraşdırılıb. Bu model 100 km məsafəyə 7,3 litr yanacaq sərf edir.

Dizel mühərrikli ilk “Bentley” cari ilin sonları, gələn ilin əvvəllərində satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Bentayga 26.09.2016

Şərhlər


AD