Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mitsubishi yeni konseptini təqdim etdi

“Mitsu” yeni nəsil SUV-dan xəbər verən yeni krossoverin konseptini təqdim edib. Əlbəttə, o, hibriddir, həm də  çox inamlı.

Yenilik “GT-PHEV” adlanır. Biz bütün məlumata  malik deyilik, lakin artıq məlumdur ki, hibrid sistem benzin mühərrikdən və üç elektrik mühərrikindən ibarətdir. Burada, həmçinin tam ötürücüyə nəzarət edən “Super All Wheel Control” sistemi var.

Şirkətdən bildirirlər ki, krossover yalnız elektrik aqreqatla 120 km məsafə qət edə bilər, ümumilikdə isə 1200 km. Biz gələn ay yenilik barədə daha ətraflı məlumata malik olacağıq. O, Paris avtosalonunda təqdim ediləcək.

AUTO.AZ



teqlər:
Mitsubishi, Mitsubishi GT-PHEV 23.09.2016

Şərhlər


AD