Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi təkmilləşdirilmiş Q3 təqdim edib

“Audi” şirkəti krossover Q3-ün restaylinq olunmuş versiyasını təqdim edib. Yeniliyin qiyməti isə bir qədər sonra elan ediləcək. Avtomobil “Sport” paket alıb. Hava çıxıntıları daha böyükdür, “Singleframe” radiator barmaqlığı isə boz rəngə boyanıb. Daha bir xarici görünüş paketi olan “S line”-a romb şəkilli formada əlavələri olan yeni hava çıxıntıları daxildir. Bundan əlavə, alıcılara “Design” paketi və bamperlərdə mat gümüşü qoruyucu rəng təklif ediləcək.

Həmçinin yeni idman versiyası “Audi Q3 S line competition” satışa çıxarılacaq. Bu versiyada qabaq hissənin dizaynı yeni “S line” paketində istifadə olunmuş yeniliklərə əsaslanır. Lakin hava çıxıntıları və “Singleframe” radiator barmaqlığı parlaq qara rəngə boyanıb. Avtomobilin salonunda kürək söykənəcəkləri tənzimlənən yeni idman oturacaqları quraşdırılır ki, onlar da qara dəri və parçadan hazırlanıb. Opsiya kimi isə yüksək keyfiyyətli “Feinnappa” dərisi təklif edilir.

Versiyanın standart komplektasiyasına idman asılqanı “S line”, hərəkət rejimini seçməyə imkan verən “Audi drive select” sistemi və sürücü üçün informasiya sistemi daxildir. Bu modelə qara parlaq rəngli yeni 19-düymlük “Audi Sport” diskləri quraşdırılır. “Audi Q3 S line competition” “Audi Q3” model sırası üçün əlyetərli olan istənilən mühərriklə təchiz edilə bilər.

AUTO.AZ



teqlər:
Audi, Audi Q3 22.09.2016

Şərhlər


AD