Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche ən sürətli Macan təqdim etdi

“Porsche” şirkəti “Macan-Turbo” modelinin top versiyası üçün Performance idman paketi təqdim etdi. Yenilik alman markasının kompakt krossoverinin ən güclü və sürətli modifikasiyası oldu.

Performance paketi olan “Porsche Macan Turbo” 3,6 litrlik altısilindrli tvin-turbo mühərriki  ilə komplektləşdirilib. Onun faydalı iş əmsalı 400 a.g. və 550 Nm fırlanma anından 440 a.g. və 600 fırlanma anınadək artıb. Mühərrik modernləşdirilmiş iki muftalı yeddipilləli PDK “robotu” ilə işləyir.

Krossover ilk “yüzü” 4,4 saniyəyə yığa bilir ki, bu da standart “Porsche Macan Turbo”-dan 0,4 saniyə sürətlidir. 80-dan 120 kilometr saata sürətlənmək üçün 2,9 saniyə (0,2 saniyə az) tələb olunur. Maksimal sürət yeddi kilometr saat artıb – 272 kilometr saata qədər.

Bundan başqa, krossover üçün 21 düymlük yüngül lehimli 911 Turbo diskləri, həmçinin PDLS plus dinamik işıqlandırma sistemi olan diodlu baş işığı fənərləri təqdim olunacaq.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Macan 13.09.2016

Şərhlər


AD