Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover Sport SVR daha sürətli oldu

“Land Rover” avtomobillərinin tüninqi ilə məşğul olan Overfinch Britaniya şirkəti “yüklənmiş” yolsuzluq avtomobili “Range Rover Sport SVR” üçün tamamlama proqramı hazırladı.

Modernləşdirilmiş yolsuzluq avtomobili standart modeldən daha yüngül və sürətli alınıb. Yolsuzluq avtomobili karbon ban və titan buraxılış sistemi əldə edib ki, bu da müvafiq olaraq 5 və 11 kiloqram qənaət etməyə imkan verdi. Bundan başqa, yeniliyi 22 düymlük Leggero təkərləri ilə komplektləşdiriblər. Onların hər biri zavod analoqlarından 5,5 kiloqram yüngüldür.

Tünerlər həmçinin beşlitrlik kompressorlu V8 mühərrikini modernləşdirməyi söz veriblər. Bu mühərrik standart yolsuzluq avtomobilində 550 a.g. və 680 Nm fırlanma anı verir. Tamamlanmış “Range Rover Sport SVR”-in dinamik xarakterik xüsusiyyətləri göstərilmir. Adi yolsuzluq avtomobili ilk “yüzü” 4,2 saniyəyə yığa bilir. Onun maksimal sürəti isə 260 kilometr saat təşkil edir. Cəmi 25 belə avtomobil buraxılacaq.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Sport, Overfinch 09.09.2016

Şərhlər


AD