Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Piecha Design-dan Mercedes-AMG GT S

 “Piecha Design” alman tüninq atelyesi superkar “Mercedes-AMG GT S” üçün tamamlanma paketini təqdim  etdi. GT-RSR adlanan proqram sayəsində kupe daha güclü və sürətli oldu.

Superkar dördlitrlik tvin-turbo “səkkizliyi” ilə təchiz olunub. Onun faydalı iş əmsalını 510 a.g. və 650 Nm fırlanma anından 612 a.g.və 840 Nm fırlanma anınadək artırıblar. Kupe ilk yüzü 3,7 saniyəyə yığır. Bu standart “Mercedes-AMG GT S”-dən 0,1 saniyə sürətli, “Mercedes-AMG GT R”-in trek modifikasiyasından isə 0,1saniyə ləngdir. Maksimal sürət 330 km saat təşkil etdi.

Yenilik özünə qabaq splitter və fərqli yan “ətəklər” əlavə edən aerodinamik ban asması əldə etdi. Standart çıxarıla bilən arxa spoyleri yüksək sürət zamanı sıxma gücünü artıran fiksə olunmuş karbon palçıqqoruyucusu ilə əvəz etdilər.

Bundan başqa, kupeni qabaqdan və arxadan müvafiq olaraq Yokohama Advan Sport şinləri olan 19 və 20 düymlük yüngül lehimli təkər diskləri, həmçinin avtomobilin ətrafını işıqlandırmaq üçün astanalarda diodlu elementlərlə komplektləşdiriblər.

AUTO.AZ



Şərhlər


AD