Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yeni nəsil Rio-nu göstərdi

“Kia” şirkəti dördüncü nəsil “Rio”-nun  xarici görünüşünün sirrini açdı. Beşqapılı hetçbekin ictimai təqdimat mərasimi sentyabrın 29-u Parisdə keçiriləcək.
Yeni “Rio” əvvəlkindən xeyli böyük oldu. Hetçbekin salonunda başqa cihaz paneli və Apple CarPlay və Android Auto dəstəkləyən böyük informasiya-əyləncə sistemi quraşdırılıb.

Yeniliyin texniki xarakteristikaları hələlik gizli saxlanılır. Autocar-ın verdiyi məlumata görə, mühərrik sırasını 1,2 litrlik benzin aqreqatı açacaq. Mühərrikin gücü 75-dən 84 a.g.-dək olacaq. Yeniliyi həmçinin 1,4 litrlik 100 a.g. verən benzin mühərriki ilə də əldə etmək mümkün olacaq. Bundan başqa, müştərilərə üçsilindrli 1,0 litrlik benzinlə işləyən turbomühərrik təqdim olunacaq. Hazirda belə mühərrik “cee‘d GT”-yə quraşdırılır. Onun faydalı iş əmsalı 100 və 120 a.g.-dür.

Avtomobili 1,1 litrlik CRDi dizel mühərriki ilə də əldə etmək mümkün olacaq. Aqreqatın gücü 75 a.g. təşkil edəcək. Daha bahalı versiyanı 90 a.g. verən 1,4 litrlik dizellə komplektləşdirəcəklər. “Kia” yeni nəsil hetçbek “Rio”-nun idman versiyasını da düzəltməyi planlaşdırır. Avtomobilin  adına GT sözönü əlavə olunacaq.

AUTO.AZ



teqlər:
KIA, KIA Rio 07.09.2016

Şərhlər


AD