Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yeni Rio-nun dizaynını təqdim etdi

“Kia” şirkəti 4-cü nəsil “Rio”-nun ilk tizerlərini dərc edib. Hetçbek sentyabrın 29-da Paris avtosalonunda rəsmi olaraq təqdim ediləcək. Avtomobilin istehsalı isə cari ilin sonlarında başlayacaq.

Yeni “Rio” sələfindən böyük olacaq. Avtomobilin dizaynı “Hyundai i20”-dən daha  idmansayağı olacaq. Hetçbekin salonunda “Apple CarPlay” və “Android Auto”-nu dəstəkləyən böyük ekranlı informasiya-əyləncə sistemi quraşdırılacaq.

“Motor1”-in məlumatına görə, Avropa üçün hetçbekin mühərrik qammasına 1,2-litrlik benzin aqreqat daxil ediləcək. O, 75-84 a.g.-ə malik olacaq. Yeniliyi, həmçinin 1,4-litrlik, 100 a.g.-ə malik benzin mühərriklə əldə etmək olar. Bundan əlavə, müştərilərə 1,0-litrlik, 3-silindrli benzin turbo mühərrik də təklif ediləcək. Belə mühərrik “cee`d GT”-də də quraşdırılır. Bu avtomobildə o, 100 və 120 a.g.-ə malikdir.

Avtomobili 1,1-litrlik dizel CRDi mühərriki ilə də sifariş etmək olar. O, 75 a.g.-ə malikdir. Daha bahalı versaya isə 1,4-litrlik, 90 a.g.-ə malik mühərriklə təchiz ediləcək. “Kia”, həmçinin yeni nəsil hetçbek “Rio”-nun idman versayasını da hazırlamağı planlaşdırır. Avtomobilin adında GT əlavəsi olacaq.

AUTO.AZ



teqlər:
KIA, KIA Rio 30.08.2016

Şərhlər


AD