Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz möhtəşəm konsept təqdim edib

“Mercedes-Benz” şirkəti möhtəşəm kupenin konseptini təqdim edib. Avtomobil yenidən canlandırılmış “Maybach” brendi altında istehsal edilib və “Vision Mercedes-Maybach 6” adlandırılıb. Prototipin rəsmi təqdimatı Pebbl-Biçdəki zəriflik müsabiqəsində baş tutub.

Avtomobilin uzunluğu 2+2 formulu ilə 5,6 metr təşkil edir. Bu parametrlə yenilik “Rolls-Royce Phantom Coupe”-dən üstündür. Konsept “qağayı qanadı” üslubunda qapılar, xromlaşdırılmış radiator barmaqlığı və diodlu optika alıb. Avtomobilin salonunda sensorlu cihazlar paneli və bütün lazımi informasiyanı qabaq şüşəyə çıxaran proyeksiyalı displey quraşdırılıb.

Yenilik 4 elektrik mühərriki vasitəsilə hərəkət edir. Onların ümumi gücü 738 a.g.-dür. Avtomobil 100 km/saata 4 saniyədən tez sürətlənir. Enerji 500 km getmək üçün bəs edir. Maksimal sürət 250 km/saatdır.

Konsept “Maybach”-ın “Rolls-Royce”, “Aston Martin” və “Bentley” kimi bahalı modellərin hazırlanması üzrə bütün imkanlarını  nümayiş etdirmək üçün düzəldilib. Bir qədər əvvəl bildirilmişdi ki, model tezliklə seriyalı olacaq və gələn il rəsmi olaraq təqdim ediləcək.

AUTO.AZ



Şərhlər


AD