Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş Range Rover daha güclü olub

“Land Rover” 2017-ci model ili üçün RR seriyasını yeniləyib. Burada yeni rənglər və əlavə texniki hissələr var. Lakin ən əsas yenilik ən möhtəşəm “Range Rover”-in güclü versiyasının peyda olmasıdır. Qarşılayın, “SVAutobiography Dynamic”!

Burada “RR Sport SVR”-dan yan keçmək mümkün olmayıb – model sırasında ən güclü avtomobilə yükləyicisi olan 5-litrlik V8, yəni, 550 a.g. və 680 Nm quraşdırılıb (adi “SVAutobiography”-də bu, 510 a.g. və 625 Nm idi). Avtomobildə 8-pilləli ZF avtomat sürət qutusu var. Bütün bu yeniliklər sayəsində avtomobil ilk yüzlüyü 5,1 saniyəyə yığır, maksimal olaraq isə 225 km/saata sürətlənir.

Yeni modifikasiya bunlarla bitmir. Burada, həmçinin 21- və ya 22-düymlük disklər, qırmızı (arzu edilsə) “Brembo” əyləc mexanizmləri, o cümlədən eksteryerdə qaz buraxma sisteminin 4 borusu və tünd-boz ştrixlər, habelə dəbli salon, - qara-qırmızı və müştərinin istəyinə uyğun digər rənglər, - var. Asılqan bir qədər aşağı salınıb və artıq standart komplektasiyada “Dynamic Response” və “Adaptive Dynamics” var. Bunlar bu və ya digər yol şəraitində avtomobili operativ tənzimləməyə imkan verir.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover 17.08.2016

Şərhlər


AD