Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lumma Design tüninqində Jaguar F-Pace

Bu, olmaya bilməzdi: məşhur “Lumma Design”-dan olan alman tünerlər “Jaguar F-Pace”-in üzərində əməlli başlı iş görüblər. Avtomobil daha böyük (enli), güclü və möhtəşəm alınıb.

Bütün işlərdən sonra tünerlər Britaniya krossunu “Lumma CLR F” adlandırıblar. Avtomobil karbon “geyim”, – asmanın bütün komponentləri, o cümlədən güclü diffuzor və kapot, - 24-düymlük disklər alıb, təkər arkaları genişlənib, qaz buraxma sisteminin borularının sayı artıb.
Salon da diqqətdən kənar qalmayıb. Lakin bəzəklər müştərinin istəyindən asılıdır. Müştərilərə karbon əlavələr, ağac, dəri, alkantara, gözəl tikişlər və s. təklif ediləcək.

Texniki hissədə də müvafiq iş görülüb. “Lumma”-da 3-litrlik, kompressoru olan V6 mühərrikinə 100 a.g. əlavə ediblər – ümumilikdə, 480 a.g. Texniki xarakteristika barədə tam məlumat yoxdur, lakin çox güman ki, bu cür kross ilk yüzlüyü 5 saniyəyə yığa bilər (baza variantında bu, 5,5 saniyə idi).

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar F-Pace, Lumma Design 15.08.2016

Şərhlər


AD