Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes-AMG GLE 63

Böyük və güclü avtomobil istəyirsiniz? Sizə “Mercedes-AMG GLE 63” lazımdır. Onun üslubunu superkar kimi istəyirsiniz? O zaman “Brabus”-a müraciət edin.

Bilirik, bir qədər qəribə səslənir, lakin bu, belədir: tünerin “GLE 63”-ü kifayət qədər təmkinli görünür. Asmada yeni karbon elementlər və hətta xüsusi hazırlanmış 23-düymlük təkərlər, - etiraf edək ki, - onu zəif klirensli, 2,5 tonluq superkar kimi göstərmir.

Bilirsiniz, doğma işarələrin əvəzinə yazılan “B” hərfi bizə başa salır ki, avtomobildə 700 a.g. və 960 Nm gizlənir və bu, maksimal olaraq 300 km/saat deməkdir.

Siz deyin, azdır? “Brabus”-un bu suala cavabı var – onsuz da güclü olan “GLE 63” 850 6.0 Biturbo versiyasında 850 a.g. və 1450 Nm-ə sahib olar və ilk yüzlüyü 3,8 saniyəyə yığır, maksimal sürəti isə 320 km/saata çatır. (SUV elə SUV-dur).

AUTO.AZ



Şərhlər


AD