Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan krossover Pathfinder-i yenilədi

“Nissan” şirkəti krossover “Pathfinder”-in restaylinq olunmuş versiyasını təqdim edib. Avtomobil 2016-ci ilin sentyabrında satışa çıxarılacaq. Bu barədə yapon brendinin mətbuat xidməti xəbər verib. Müştərilər təkmilləşdirilmiş “SUV”-u 4 modifikasiyada əldə edə biləcəklər: “S”, “SV”, “SL” və “Platinum”.

“Pathfinder”-in dizaynı restaylinqdən əvvəlki modeli təkrarlayır. Avtomobil dəyişilmiş radiator barmaqlığı, fərqli optika, yeni qabaq bamper alıb. Təkmilləşdirilmiş “Pathfinder”, həmçinin əlavə opsiyalara da malikdir. Məsələn, indi baqaj qapısını ayağı arxa bamperin altına uzatmaqla açmaq olacaq.

Krossoverin texniki hissəsində müəyyən dəyişikliklər edilib. Avtomobil 3,5-litrlik benzin V6 mühərriki ilə hərəkət edir. Restaylinqdən sonra mühərrikin gücü 260-dan 284 a.g.-ə qədər artıb. Asma və elektrik gücləndirici də yenidən tənzimlənib. Tam ötürücünün iş sxemi isə dəyişilməz qalıb.

Krossoverin salonunda yeni oturacaqlar, multimedia sisteminin 8-düymlük sensoru olan fərqli mərkəzi konsol quraşdırılıb.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Pathfinder 19.07.2016

Şərhlər


AD