Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac sedan CTS-i təkmilləşdirib

“Cadillac” şirkəti sedan “CTS”-in təkmilləşdirilmiş versiyasını təqdim edib. Avtomobilin dizaynı flaqman amerikan brendi “CT6”-nın bəzi elementlərini mənimsəyib. Avtomobil yeni radiator barmaqlığı, dəyişilmiş arxa bamper və  vertikal boruları olan fərqli qaz buraxma sistemi ilə təchiz edilib. Sedan, həmçinin “Carbon Black” paketi alıb ki, ona yeni təkər diskləri və ban üçün müxtəlif rənglər daxildir.

Sedanın kapotu altında 2,0-litrlik, 268 a.g. olan benzin turbo mühərrik quraşdırılıb. Həmçinin 3,6-litrlik, 335 a.g. olan V6 da əlyetərlidir. Top modifikasiya olan “CTS VSport” isə 3,6-litrlik biturbolaşdırılmış V6 (420 a.g.) ilə təchiz edilir.

“Cadillac” şirkəti 2015-ci ildə Detroyt avtosalonunda ən güclü modifikasiyaya malik sedan “CTS-V”-ni təqdim etmişdi. Yenilik xarici görünüşü ilə baza versiyasından fərqlənir: aqressiv qabaq bamper, torlu radiator barmaqlığı, böyük hava çıxıntıları. Model, həmçinin qabaq splitter, ventilyasiya olunan karbon əyləc, enli qanadlar, aerodinamik yan ətəklər və arxa spoyler alıb.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac CTS 08.07.2016

Şərhlər


AD