Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche yeni Panamera təqdim etdi

Axır ki, “Porsche” yeni “Panamera”-nın sirrini açdı. O, yeni platformaya, yeni mühərrikə və robota, yeni xarici və daxili dizayna, yeni opsiyalara malikdir. Bir sözlə, yeni.

MSB arxitekturasında hazırlanmış model sələfindən daha uzun (+34 mm), bir qədər enli və hündür alınıb. Təkər bazası da 30 mm böyüyüb. Baqaj indi 495 litr, arxa oturacaqlar yığıldıqda isə 1304 litrdir.

İndi “Panamera” tam ötürücülüdür. Yəni, indi arxa təkərlər ya qabaq təkərlərin döndüyü istiqamətə bir qədər dönür, ya da (sürətdən asılı olaraq) əks tərəfə. O, indi bir sıra yeniliklərə malikdir, o cümlədən yeni elektrik-mexaniki sükan idarəçiliyinə.

Texniki hissəyə gəldikdə, üç yeni mühərrikdən danışaq (onların hər biri ikili turbinlərə malikdir). “Turbo” V8 versiyası üçün 550-güclü (770 Nm) mühərrik (100 km/saata 3,6-3,8 saniyəyə sürətlənmə və maksimal sürət 306 km/saat), 4S modifikasiyasında 440 a.g. və 550 Nm-ə malik olan 2,9-litrlik V6 (100 km/saata 4,2-4,4 saniyəyə sürətlənmə və maksimal sürət 289 km/saat) və “Panamera 4S Diesel” üçün 422 a.g. və 850 Nm-ə malik “səkkizlik” (100 km/saata 4,3-4,5 saniyəyə sürətlənmə və maksimal sürət 285 km/saat). Bütün variantlarda tam ötürücü və 8-pilləli robotlaşdırılmış, ikili muftalı sürət qutusu var.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Panamera 01.07.2016

Şərhlər


AD